Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
17:50 - 13 Mart 2024
İndoneziyada 37 nəfərin olduğu balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölüb, 24 nəfər itkin düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, martın 9-da Cakartadan Bali yaxınlığındakı Lombok adasına gedən balıqçı qayığı Bone Bayda fırtınanın yaratdığı yüksək dalğalara tutularaq çevrilib.
Axtarış-xilasetmə qrupunun Cənubi Sulavesi əyalətindəki Selayers adasının müxtəlif yerlərində ölən 2 nəfər və 11 nəfərin cəsədini tapdığı bildirilib.
Səlahiyyətlilər xilas edilən insanlara yaxınlıqdakı sağlamlıq mərkəzlərində tibbi yardım göstərildiyini, vəziyyətlərinin stabil olduğunu, itkin düşən 24 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini deyib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin