Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
19:46 - 14 Oktyabr 2021
“Bəsti xanım ilk dəfə mənim verilişimə gələndə ona demişdim ki, sizdən qorxuram. İstəyirəm, həmsöhbətimə ərkim çatsın.
Amma deyirdim, elə söz deyərəm birdən Bəsti xanımın xətrinə dəyər, ehtiyat edirdim. Bunu Bəsti xanıma deyəndə o mənə səmimiyyəti çox sevdiyini söylədi”.
Manşet.az xəbər verir ki, bu sözləri “Elgizlə izlə” verilişində əməkdar artist Bəsti Sevdiyeva ilə danışarkən aparıcı Elgiz Əkbər deyib.
Aparıcı E.Əkbər B.Sevdiyevanın ayağının sağalması üçün ona müraciət etdiyini bildirib:
“Son anda “ayağımı verilişindəki həkimə həvalə edirəm” söylədi. Mən dedim, vay, vay, vay... Allah göstərməsin. Bəsti xanımın ayağında bir problem yarana, o sağalmaya. Həkimə zəng etdim, o da, Bəsti xanımı sağlamlığına qovuşduracağını vurğuladı. Bir müddət keçəndən sonra gördüm ki, Bəsti xanım zəng edir, qorxa-qorxa götürdüm. İlk sözü “Allah balanı min budaq eləsin” oldu. Bizim Bəsti xanım kimi dəyərli sənətkarlımız müraciət edəndə bu, məni çox sevindirir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin