Elgiz Əkbər əməkdar artistdən qorxduğunu etiraf etdi – SƏBƏB

19:46 - 14 Oktyabr 2021

Elgiz Əkbər əməkdar artistdən qorxduğunu etiraf etdi – SƏBƏB

“Bəsti xanım ilk dəfə mənim verilişimə gələndə ona demişdim ki, sizdən qorxuram. İstəyirəm, həmsöhbətimə ərkim çatsın. 
Amma deyirdim, elə söz deyərəm birdən Bəsti xanımın xətrinə dəyər, ehtiyat edirdim. Bunu Bəsti xanıma deyəndə o mənə səmimiyyəti çox sevdiyini söylədi”.

Manşet.az xəbər verir ki, bu sözləri “Elgizlə izlə” verilişində  əməkdar artist Bəsti Sevdiyeva ilə danışarkən aparıcı Elgiz Əkbər deyib.

Aparıcı E.Əkbər B.Sevdiyevanın ayağının sağalması üçün ona müraciət etdiyini bildirib:

“Son anda “ayağımı verilişindəki həkimə həvalə edirəm” söylədi. Mən dedim, vay, vay, vay... Allah göstərməsin. Bəsti xanımın ayağında bir problem yarana, o sağalmaya. Həkimə zəng etdim,  o da, Bəsti xanımı sağlamlığına qovuşduracağını vurğuladı. Bir müddət keçəndən sonra gördüm ki, Bəsti xanım zəng edir, qorxa-qorxa götürdüm. İlk sözü “Allah balanı min budaq eləsin” oldu. Bizim Bəsti xanım kimi dəyərli sənətkarlımız müraciət edəndə bu, məni çox sevindirir”.
 

 

Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin