Azərbaycan təmsilçiləri Paris-2024-ü neçə medalla başa vurdular?
8 Sentyabr 2024
18:27 - 12 Mart 2024
“WhatsApp”da əlavə 1 funksiya yaradılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni funksiya “WhatsApp” messencerinin “Android” əməliyyat sistemi ilə işləyən cihazlarda istifadəçiləri üçün əlçatan olacaq. WABetaInfo portalının məlumatına görə, onlar artıq proqrama üçdən çox çat əlavə edə biləcəklər.
Mütəxəssislər bildiriblər ki, “WhatsApp” danışıq siyahısına üçdən çox çat əlavə etmək imkanı üzərində işləyir. Həmçinin mütəxəssislər qeyd ediblər ki, “Təkmilləşmə çoxlu sayda kontaktlarla tez-tez əlaqə saxlayan və ya çoxsaylı qrup çatlarında iştirak edən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək”.
Üçdən çox söhbət üçün bağlama funksiyası inkişaf mərhələsindədir. Yenilik Android cihazları üçün tətbiqin gələcək yeniləməsində görünəcək.
Bundan əvvəl məlum olub ki, “WhatsApp” istifadəçiləri stiker yarada biləcəklər. Onlar həmçinin artıq tətbiqdə mövcud olan stikerləri redaktə edə biləcəklər.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin