Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
09:07 - 11 Mart 2024
Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Qardağ kənd sakinləri - 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, eləcə də Gərgər kəndindən olan 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Onlara tibbi yadım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
İlkin məlumata görə, həmin şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin