Qarabağ Universitetinə qəbul planı təsdiqləndi
13 May 2024
21:24 - 8 Mart 2024
Bu gün Misli Premyer Liqasında XXVI tur start götürüb.
Manset.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Açılış oyununda avrokuboklara iddialı iki komanda - turnir cədvəlinin ikincisi "Səbail"lə uzun müddət liderin ən yaxın izləyicisi statusunu daşıyan "Sumqayıt" münasibətlərinə aydınlıq gətirib. Son iki turda qələbə qazanan Şahin Diniyevin komandası doğma azarkeşləri önündə yenə zəfər əldə etsə, ikinci pillədəki mövqeyini qorumaqla bərabər, əsas izləyicisindən uzaqlaşacaqdı. Artıq 4 turdur 3 xala həsrət qalan "Sumqayıt" isə ilk "3-lüy"ə dönmək üçün səfərdən qalib dönməliydi.
Qarşılaşmann taleyini bir qol həll edib. Səfərdə qələbə qazanan "Sumqayıt" yenidən 2-ci pilləyə yüksəlib.
Misli Premyer Liqası
XXVI tur
8 mart
Səbail - Sumqayıt 0:1
Qol: Kazimir Ninqa, 11.
"ASCO Arena"
Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 7. Madi Keta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 4. İsa Suliman, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin