Miqrantlar ABŞ-Meksika sərhədində divardan düşdü - 11 nəfər xəsarət aldı

16:09 - 6 Mart 2024

Miqrantlar ABŞ-Meksika sərhədində divardan düşdü - 11 nəfər xəsarət aldı

Meksika ilə ABŞ-ı bir-birindən ayıran divara dırmaşmaq istəyərkən yıxalan 11 miqrantdan 10-nu ciddi zədələndiyi üüçün xəstəxanaya yerləşdirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həkimlər Tramp administrasiyası dövründə sərhəd divarlarının hündürlüyü artdıqdan sonra travma hallarının 5 dəfə artdığını müşahidə etdiklərini bildiriblər.

Yaralılardan dördünün Scripps Mercy Xəstəxanasına aparıldığını, o cümlədən beş uşaqla birlikdə səyahət edən üç nəfərin hamısının 11 yaşından kiçik olduğunu söyləyib. Valideynləri müalicə olunarkən, xəstəxanada uşaqlara qulluq göstərilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin