Noyabrda bu tarixlərdə iş olmayacaq
18 Oktyabr 2024
14:21 - 6 Mart 2024
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.
Manset.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Z.Ağayeva 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaqlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin