Prezident Azərbaycanın məşhur Xalq artistini işdən çıxardı - SƏRƏNCAM
27 Noyabr 2024
20:22 - 13 Oktyabr 2021
Xalq artisti Nazpəri Dostəliyeva Xalq artisti Alim Qasımovun qohumuna verdiyi borc pulu geri ala bilmir.
Manşet.az axşam.az-a istinadən xəbər verir ki, N.Dostəliyeva pulu Alim Qasımovun əmisi oğlu Yusifə verib. Xalq artisti saytımıza açıqlamasında xəbəri təsdiqləyib.
Onun sözlərinə görə, illərdir bu məsələ öz həllini tapmır:
"Belə hadisədə Alim Qasımov kimi sənətkarın adının hallanmasını istəmirəm. Vicdanıma sığışdırmıram ki, Alim bəyin adı bu işdə hallansın. 10 ildən artıqdır pulu qaytarmır. Oturub gözləyirəm, görüm nə olacaq. Məhkəmə də oldu, amma yarımçıq qaldı, davamını gətirmədim. Pulu Yusifə rəsmi formada, notariusdan çıxmış müqavilə ilə vermişdim. Müqavilə indi də əlimdədir. Haqsızlığı gördüm, məsələni bağlayıb qoydum kənara. Bu günə qədər bu barədə danışmamışam. Hələ də gözləyirəm ki, onlardan cavab çıxa".
Müğənni verdiyi borcun məbləğini də açıqlayıb:
"Yusif məndən 30 min dollar alıb. Nəsə bizneslə əlaqədar iş görürdülər. Gəldi xahiş etdi, mən də verdim. İllərdir bir qəpik də qaytarmır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin