"Bavariya"nın futbolçusu həbs oluna bilər

19:02 - 13 Oktyabr 2021

Almaniya "Bavariya"sının futbolçusu Lukas Ernandesi 1 ilədək həbs cəzası gözləyir.

Manşet.az AS nəşrinə istinadən xəbər verir ki, fransalı müdafiəçi məhkəmənin çıxardığı qərarı icra etməməkdə günahlandırılır.

Bu səbəbdən 25 yaşlı oyunçu oktyabrın 19-da yenidən hakim qarşısına çıxacaq.

Qeyd edək ki, Lukas Ernandes 2017-ci ildə İspaniya "Atletiko"sunda oynayarkən sevgilisinə hücum edib. Bundan sonra məhkəmə futbolçunun rəfiqəsinə yaxınlaşmasına qadağa qoyub. Lakin oyunçu bir müddət sonra sevgilisi ilə tətilə yollanıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin