Xudafərin körpüsünün azad olunmasından 4 il ötür
18 Oktyabr 2024
01:07 - 29 Fevral 2024
Türkiyə Ukraynada sülhün bərqərar olması üçün İstanbul danışıqlar masasını yenidən təsis etməyə hazırdır.
Manset.az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Ukrayna-Cənub-Şərqi Avropa Sammiti"nə ünvanladığı videomüraciətində deyib.
O qeyd edib ki, Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, müharibəni ədalətli şəkildə bitirmək üçün dialoq və diplomatiyaya yeni şans verilməlidir: "Bu məqsədə çatmaq üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə etmək böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır. Bu baxımdan biz Ukrayna prezidenti Vladimir Zelenskinin 10 bəndlik sülh planını prinsipcə dəstəkləyirik".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin