Səkinə İsmayılova bu aparıcılara görə efirə çıxmır: "Dəhşətdir, ayıbdır"

21:50 - 27 Fevral 2024

Səkinə İsmayılova bu aparıcılara görə efirə çıxmır:

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm".

 

Manset.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. 

S.İsmayılova efirə az çıxmasının səbəbini açıqlayıb:

"Sənətkarların çoxu isə tez-tez efirdə olur. Aparıcı sənətkarın yanında 2, 3 il, 1 aydır çıxan ifaçıya da sənətkar, ona da sənətkar deyir. Bu, dəhşətdir, ayıbdır. Evdə otururam, baxıram və mənə pis təsir edir. İllərini bu insanlar sənətə sərf ediblər. Biz sənətkar deməliyik. O birinə isə, öyrənirsən, bəlkə gələcəyin yaxşı olacaq. Bir-iki mahnı oxuyub, o kanala gedir, bu kanala gedir. Bunları görəndə adam dala çəkilmək istəyir. İllərlə qazandığın hörməti belə edə bilməzsən. Bunları qəbul edə bilmərəm. Ona görə də uzağam. O aparıcılar üzərlərində işləməlidir.

Bir də görürsən sual verir, özü danışır. Bir dinləmək mədəniyyətin olsun. Bir dayan, nəfəs al, gör, nə deyir. Cavab verə bilməyəndə, danış, istiqamətləndir".


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin