Prezident onları hakim təyin etdi - SƏRƏNCAM
19 Noyabr 2024
22:24 - 12 Oktyabr 2021
Ötən gün 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Manşet.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
2021-ci il oktyabrın 11-də ölkə üzrə 397 ictimai iaşə obyektində 692 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi, ev 16 ünvanında yerləşən, fiziki şəxs Əsgərov Sərxan İsgəndər oğluna məxsus "Nepali” kafesi;
2. Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 6 A ünvanında yerləşən, hüquqi şəxs "Vəhdət” firmasına məxsus kafe;
3. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi 23a ünvanında yerləşən, fiziki şəxs Aşirov Ceyhun Cümşüd oğluna məxsus kafe;
4. Bakı şəhəri, Binəqədi rayonu, M. Əliyev küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Əliyev Nadir Adil oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nərimanov rayonu, N. Hacıyev küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Qədirzadə Nicat Bəxtiyar oğluna məxsus "Tantuni Köz” dönər evi;
6. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 151 ünvanında yerləşən, hüquqi şəxs Alka MMC-yə məxsus "The House Cafe” restoranı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin