Əliyev və Rəisi dövlət sərhədində görüşdülər - FOTOLAR
19 May 2024
19:47 - 26 Fevral 2024
Türk serialı və kino aktyoru Tolqa Savacı vəfat edib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, 60 yaşlı türk serial və kino aktyoru Tolqa Savacı ürək tutmasından dünyasını dəyişib.
Savacının qəfil ölümü Türk sənət dünyasını kədərləndirib.
Tolqa Savacı 6 may 1963-cü ildə İstanbulda anadan olub. Onun böyük bacısı keçmiş model Sibel Savacıdır. Onun Zeynep Savacı adlı bir bacısı var.
Fransız kollecini bitirib. 1983-cü ildə modellik təhsili almaq üçün İtaliyaya getdi. O, model kimi çalışıb və iki il İtaliya, Almaniya və Fransada su polosu oynayıb. O, gənc yaşlarında bir müddət motosiklet yarışçısı olub.
Aktyorluğa 1985-ci ildə Banu Alkanla birlikdə "Arzu" filmində çəkilib, daha sonra Hülya Avşarla "Sevimli qadın" və "Sekreter" filmlərində rol alıb.
Tolqa Savacı ilk həyat yoldaşı Aylin Livaneli ilə birlikdə 1992-1993-cü illərdə Show TV-də "Coke N Roll" adlı musiqi proqramı təqdim edib. İkinci həyat yoldaşı Özlem İbrahimoğlu ilə evli olduğu müddətdə iki il Dalyanda "Kano" adlı butik otel işlədib. Savacı üçüncü evliliyini yazıçı Nermin Bezmenlə edib. Həyat yoldaşı ilə birlikdə ABŞ-ın Nyu-Cersi ştatında məskunlaşan Savacı hazırda klassik avtomobillərin təmiri ilə məşğul olub.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin