Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
20:50 - 12 Oktyabr 2021
Almaniya Əfqanıstan əhalisinə humanitar yardım üçün vəsait ayıracaq.
Manşet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel G20 liderləri ilə Əfqanıstan üzrə danışıqların yekununda jurnalistlərə deyib.
"Bu gün Almaniya tərəfdən bir daha təsdiq etdik ki, bu il humanitar problemlərin həllinə kömək etmək üçün 600 milyon avro ayıracağıq, çünki iqtisadi çöküşün qarşısını almaq lazımdır. Biz BMT-nin bütün təşkilatlarının humanitar yardım göstərə bilməsini tələb edirik", - Merkel bildirib.
Kansler vurğulayıb ki, Əfqanıstanda təhlükə altında olan müxtəlif ölkələrdən olan vətəndaşların təxliyəsi üçün hava limanına çıxış əlçatan olmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin