Qırğızıstan parlamenti hökumətin yeni tərkibini təsdiqlədi

18:57 - 12 Oktyabr 2021

Qırğızıstan parlamenti hökumətin yeni tərkibini təsdiqlədi

Qırğızıstan parlamenti-Joqorku Keneşin Konstitusiya qanunçuluğu, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsi hökumətin yeni tərkibini təsdiq edib.

Manşet.az xəbər verir ki, Qırğızıstan Nazirlər Komitəsinin (NK) sədri vəzifəsinə Akılbek Japarovun namizədliyi təsdiqlənib.

Yığıncaqda Arzıbek Kojoşev NK sədrinin birinci müavini, Aziz Aliyev və Edil Baysalov sədrin müavinləri, Kamçıbek Taşıyev sədrin müavini və Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifələrinə təyin olunub.

İclasda nazirlər, komitə sədrləri də təsdiq edilib.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin