Prezident Baş katiblə görüşdü - YENİLƏNİB
18 Noyabr 2024
18:34 - 12 Oktyabr 2021
Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, "Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manşet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirib.
Elşad Kəlbəliyevin vəkili müdafiə etdiyi şəxs barəsində olan həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin ilkin baxış iclası oktyabrın 19-na təyin olunub.
Qeyd edək ki, "Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.
Bu il iyunun 14-də Binəqədi rayonunda onun idarə etdiyi "Range Rover”lə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas” markalı avtomobil toqquşub. Nəticədə, M.Ziyadov və sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin