“Azeri Light”ın qiyməti 88 dolları ötdü

10:06 - 23 Fevral 2024

“Azeri Light”ın qiyməti 88 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52 ABŞ dolları və ya 0,59% artaraq 88,14 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 87,62 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar təşkil edib.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin