Navalnının xanımı ərinin öldürülməsinin səbəbini dedi - ŞOK AÇIQLAMA

18:51 - 19 Fevral 2024

Navalnının xanımı ərinin öldürülməsinin səbəbini dedi - ŞOK AÇIQLAMA

Bir neçə gün əvvəl həbsxanda ölən Rusiya müxalifəyinin lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya sosial media hesabında video paylaşıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, mərhumun xanımı videoda ərinin öldürüldüyünü deyib.

"Biz Putinin niyə belə etdiyini bilirik. Bu barədə sizə tezliklə məlumat verəcəyik. Biz sizə onların adlarını deyəcəyik və üzlərini göstərəcəyik", deyə Yuliya Navalnaya bildirib.

Rusiyalı müxalifət lideri Navalninin həyat yoldaşı ərinin Rusiya prezidenti Vladimir Putinin ərini öldürdüyünü iddia edib. 

"Üç gün əvvəl Vladimir Putin ərim Aleksey Navalnini öldürdü. Putin mənim övladlarımın atasını, sahib olduğum ən qiymətli, ən yaxın və ən əziz insanı aldı. Şimal Qütbündə, bir koloniyada nəinki Navalnı öldürdü, həm də ümidlərimizi, azadlığımızı, gələcəyimizi öldürmək istədi. Navalnı üç il işgəncə və əzabdan sonra həbsxanada dünyasını dəyişdi. Mənim ərim sarsılmaz idi və məhz buna görə Putin onu öldürdü", deyə müxalifət liderinin xanımı əlavə edib.

Navalnının cəsədinin hazırda gizlədildiyini və ailəsinə təhvil verilmədiyini bildirən Yuliya Navalnaya "İndi onun meyitini gizlədirlər, ailəsinə göstərmirlər, vermirlər, ğyalan danışırlar. Putinin niyə belə etdiyini bilirik. Bu barədə sizə tezliklə məlumat verəcəyik", deyib.

Jalə

Manşet.az


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin