Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
23:41 - 11 Oktyabr 2021
"Ukraynanın cənub-şərqindəki münaqişənin həllində bir sıra məsələlər narahatlıq doğurur”.
Manşet.az xəbər verir ki, bu fikir Rusiya, Fransa və Almaniya liderlərinin Ukraynadakı münaqişənin həllinə dair telefonla aparılan müzakirələr zamanı səsləndirilib.
Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatında bildirilib ki, liderlər Minsk razılaşmalarının Donbasdakı vəziyyətin həlli üçün "alternativsiz əsas" olaraq qaldığını qeyd ediblər: "Liderlər, həmçinin, Rusiya, Almaniya və Fransanın Normandiya formatında səylərinin daha da əlaqələndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Putin Minsk razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsindən "Normandiya Dördlüyü" sammitinin qərarlarından "inadla yayınan" Kiyev siyasətinə "prinsipial qiymət verib".
Bəyanatda o da vurğulanıb ki, mövcud vəziyyətin çətin olduğunu nəzərə alaraq liderlər siyasi məsləhətçilərinə və xarici işlər nazirliklərinə təmasları gücləndirməyi və Normandiya Dördlüyü çərçivəsində çalışmağı tapşırıblar”.
Qeyd edilib ki, Rusiya, Almaniya və Fransanın xarici işlər nazirləri zirvə görüşünün təşkili üçün imkanları və ilkin şərtləri müəyyənləşdirəcəklər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin