Bu məhsulların inflyasiyası azaldı

19:37 - 16 Fevral 2024

Bu məhsulların inflyasiyası azaldı

2023-cü ilin yanvar-dekabr aylarında idxal olunan məhsulların qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,7% artıb.

 

Manset.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-dekabr aylarında bu göstəricinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 22.2% artmışdı. Beləliklə ötən il idxalın inflyasiyası 5.5 faiz bəndi azalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında ixrac olunan məhsulların qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 27.9% azalıb.

İxrac olunan qeyri neft-qaz məhsullarının qiymət isə 2023-cü ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7% artıb. ///APA-Economics


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin