Bu gün "Qarabağ" Avropa Liqasında "Braqa" ilə qarşılaşacaq

09:15 - 15 Fevral 2024

Bu gün

"Qarabağ" bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

 

Manset.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada "Braqa"nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Danimarkadan olan Morten Kroq idarə edəcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

15 fevral

00:00. "Braqa" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Morten Kroq (Danimarka).

Braqa, "Estadio Municipal de Braga".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin