Yeni yaradılan fondun fəaliyyətinə 5 dövlət qurumu nəzarət edəcək

18:03 - 11 Oktyabr 2021

Yeni yaradılan fondun fəaliyyətinə 5 dövlət qurumu nəzarət edəcək

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.

Manşet.az xəbər verir ki, Şuranın 5 üzvünü Nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər.

- Mərkəzi Bank;

- Maliyyə Nazirliyi;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

- Dövlət Turizm Agentliyi;

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Onları da iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin