Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
11:52 - 10 İyun 2021
Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır.
Təhsil Nazirliyindən Manşet.az-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi iyunun 17-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Həmin tarixdən proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.
Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin