Azərbaycan millisi Belçika ilə üz-üzə gələcək

09:01 - 19 Noyabr 2023

Azərbaycan millisi Belçika ilə üz-üzə gələcək

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektivdə Belçika yığmasının qonağı olacaq.

"Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika - Azərbaycan

Baş hakim: Gerqo Boqar (Macarıstan)

Brüssel. "Kinq Baudouin”


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin