Azərbaycanlı futbolçu "Arsenal"a keçdi

20:05 - 21 İyun 2021

Azərbaycanlı futbolçu

Rusiyanın "Spartak" klubundan ayrılan Ayaz Quliyevin yeni komandası müəyyənləşib.

Manset.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi yerli "Arsenal"a keçib. Məlumatı Tula təmsilçisinin rəsmi saytı yayıb.

Tərəflər arasında imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyev bu komanda ilə yanaşı, "Rostov"un da formasını geyinib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin