Azərbaycanda polis xidməti silahlı özünü vuraraq öldürüb - RƏSMİ

19:51 - 21 İyun 2021

Azərbaycanda polis xidməti silahlı özünü vuraraq öldürüb - RƏSMİ

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib. Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş ximdəti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin