Azərbaycan NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
24 Noyabr 2024
18:57 - 21 İyun 2021
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Bakı şəhər Pirallahı rayonunda əməliyyat keçirilib.
Manset.az KONKRET.az-a istinadən xəbər verir ki, sözügedən rayonda COVID-19 pasportlarının pulla satılmasına dair şübhələr müəyyən edilib.
Məlumatda daha sonra deylir ki, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov işdən azad edilib. Onun müavini Kəmalə Mustafayeva isə dindirilib. Daxil olan məlumata görə, hazırda Pirallahı Rayon İcra Hakimiyyəti işçilərinin də dindirilməsi prosesi həyata keçirilir. İlkin ehtimallara görə, vətəndaşlara saxta COVID-19 pasportlarının satılmasına rayon icra hakimiyyəti “nəzarət” edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin