“Almaniyanın XİN başçısının ittihamları qəbuledilməzdir” - Hikmət Hacıyev
24 Noyabr 2024
15:59 - 20 İyun 2021
"Rəsmi hazırlıqlarımız başa çatdıqdan sonra Şuşada baş konsulluq açılacaq və Türkiyənin Xarici İşlər Nazirliyi olaraq ən qısa zamanda oraya əməkdaşlarımızı göndərəcəyik və Şuşada Azərbaycanla bərabər Türkiyə bayrağı da dalğalanacaq”.
Manset.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 18-20-də Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Diplomatiya Forumu”nun (ADF) bağlanış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin sualların cavablandırarkən bildirib.
Nazir deyib ki, Türkiyənin Şuşada Baş Konsulluğunun açılması başqa bir məna kəsb edir.
İki lider tərəfindən imzalanan Şuşa Bəyannaməsini dəyərləndirən M.Çavuşoğlu deyib ki, bu sənəd Türkiyə ilə Azərbaycan arasındakı ittifaqın ən yüksək səviyyədə olacağının sübutudur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin