Стало известно почему в крокусе охрана не стреляла по убийцам
В России мать отправила "домашнее" видео с сыном мужчине

Uxnaaqiyn Xurelsux Monqolustan prezidenti seçildi

08:06 - 10 İyun 2021

Uxnaaqiyn Xurelsux Monqolustan prezidenti seçildi

Monqolustanın hakim Xalq Partiyasının baş katibi Uxnaaqiyn Xurelsux ölkədə keçirilən prezident seçkilərində 68 % seçici səsi ilə qələbə qazanıb.

Manşet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Monqolustanın Dövlət Seçki Komissiyasının ilkin məlumatlarında bildirilib.

Qeyd edilir ki, səsvermədə iştirak etmiş 1 075 000 seçicinin 820 mindən çoxu ona səs verib.

Siyahıda ikinci yerdə 242 692 səs ilə (20,1 %) "Doğru insan - elektorat" koalisiyasından Danqaasurenqiyn Enxbat qərarlaşıb. Demokrat Partiyasının nümayəndəsi Sodnomzunduyn Erdene isə seçkilərdə 72 394 səs (6,0 %) yığıb.

Qeyd edək ki, 52 yaşlı Xurelsux daha əvvəl ölkənin baş nazirinin vəzifəsini tutub.

Dövlət Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 21:30-da səsvermə hüququna malik 2 041 866 seçicidən 1 075 938 seçici səs verib, beləliklə, ölkədə seçici iştirakı 52,69 faiz təşkil edib.

Monqolustanda prezident seçkiləri dünən keçirilib.


Xəbər xətti

6 Aprel 2025
Как предали одну из самых известных актрис СССР: печально
Семья погибла после того, как поймала рыбу в реке: какой ужас!
Стало известно почему в крокусе охрана не стреляла по убийцам
В России мать отправила "домашнее" видео с сыном мужчине
В сети появились фото жуткого убийства девочки школьником
Причиной трагической смерти девочка могло стать неудачное селфи
В Турции бабушку 80-ти лет осудили на 4 года из-за тапка: читать
Отсидевший маньяк Кожепаров сразу после тюрьмы дал интервью
И, конечно же, никто не знал: жуткие детали убийства школьницы
Битцевский маньяк совершил намного больше убийств?!

Ən son xəbərləri səhifəmizdən də izləyin