Mina terroru: 3 versiya və atasız qalan 3 oğul - ŞƏRH

14:28 - 6 İyun 2021

Mina terroru: 3 versiya və atasız qalan 3 oğul - ŞƏRH

Şəhid övladlarına ithaf olunur

İyunun 4-ü Azərbaycan tarixinə daha bir faciə ilə düşdü. Həmin gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media işçilərinin olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra azad olunmuş ərazilərdə Azərbaycanın 140-dan çox vətəndaşı erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub.

Bu, dünyanın böyük dövlətləri və ATƏT-in Misnk qrupuna həmsədrlik edən dövlətlərin dəstəklədiyi Ermənistanın Azərbaycanda törətdiyi çox saylı faciəli hadisələrdən biridir.

Şəhid KİV nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov şəxsi həyatlarında belə ermənilər törətdikləri vəhşilikləri hələ uşaq, körpə olanda yaşayıblar.

Qərbi Azərbaycandan, indiki Ermənistandan azərbaycanlıların qaçqın düşməsi və öz yurdlarından sovet hərbçilərinin yardımı ilə çıxarılması sonuncu dəfə 1988-ci ilin fevralında başlayıb. Onda Məhərrəm İbrahimovun 5 yaşı olub. Atası, anası, qardaş-bacıları ilə birlikdə onlar Göyçə mahalının Ardanış kəndindən didərgin salınıblar. Onda ibrahimovlar ailəsi Azərbaycanın Gədəbəy rayonuna sığınıb. Onun babası Məhərrəm İbrahimov İkinci Dünya müharibəsində iştirak edib və 39 yaşında həlak olub. Uzun illər axtarışdan sonra onun məzarını tapıblar.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin