Kərə yağı adı ilə aldığı məhsul "maşın yağı" çıxdı - AQTA-dan açıqlama
23 Noyabr 2024
22:40 - 13 İyun 2021
Polşanın paytaxtı Varşava şəhərində güləş üzrə "Poland Open" turniri sona çatıb.
Manşet.az xəbər verir ki, sonuncu yarış günündə 60, 63, 72, 87 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Bu yarışda 97 kq-da çıxış edən İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/4 finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən İslam bürünc medalı boynundan asıb.
97 kq
Təsnifat: İslam Abbasov - İbrahim Tığcı (Türkiyə) 5:1
1/4 final: İslam Abbasov - Mehdi Məhəmməd Balihamzadə (İran) 5:8
Təsəlliverici görüş: İslam Abbasov - Matias Bak (Danimarka) 7:2
Bürünc medal görüşü: İslam Abbasov - Gerard Kurniçak (Polşa) 4:0
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin