Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
11:23 - 12 İyul 2021
"Sosial şəbəkədə özünü "Pantural” kimi təqdim edən şəxsin izləyicisi olan kişilərə xitab edərək, ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış etməsilə bağlı araşdırmalara başlanılıb”.
Manset.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.
DİN rəsmisinin sözlərinə görə, araşdırma nəticəsindən asılı olaraq, sözügedən şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq.
Qeyd edək ki, "Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyərək, diskomfort yaratdıqlarını deyib:
"Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin