“COVID-19-un ölüm nisbəti qripdən on qat daha yüksəkdir” - Mütəxəssis

08:42 - 12 İyul 2021

“COVID-19-un ölüm nisbəti qripdən on qat daha yüksəkdir” - Mütəxəssis

“Koronavirusun bizi öldürməsi onun üçün sərfəli deyil, daha sürətli yayılmağı vacib hesab edir”

Manset.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov deyib.Professor bildirib ki, daha çox törəmə qabiliyyətli variantların ortaya çıxması istisna edilmir: “Yüksək ehtimalla deyə bilərik ki, yayılma baxımından digərlərinə nisbətdə üstünlüklərə malik ştammların olması mümkündür. Çox güman ki, bu, virusun məhz yoluxdurmağa ehtiyacı var. Bizi öldürməsi onun üçün sərfəli deyil, ona görə də bu virus daha çox yoluxdurucu olmaq məqsədi daşıyır”.

Çulanov əlavə edib ki, koronavirusun təhlükəsiz virus olduğu barədə mif ortadan qaldırılmalıdır: “COVID-19-un ölüm nisbəti qripdən on qat daha yüksəkdir. Dünyada artıq dörd milyondan çox insan bu xəstəlikdən ölüb. Bundan əlavə, COVID-19 getdikcə qarşılaşdığımız fəsadlarla xarakterizə olunur”.
 


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin