Almaniyadakı siyasi partiyalara “Cronimet” şirkəti ilə bağlı müraciət edildi

20:03 - 10 İyul 2021

Almaniyadakı siyasi partiyalara “Cronimet” şirkəti ilə bağlı müraciət edildi

Almaniyadaki Azərbaycan Evləri ölkəmizin ərazisindən keçən və Araz şayına tökülən Oxuçuçaya qarşı Ermənistan və Almaniya şirkətlərinin törətdikləri ekoloji cinayətlə bağlı bu ölkənin dövlət qurumlarına və ictimaiyyətinə müraciət ediblər.

Manset.az  xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Almaniyanın “Cronimet” şirkətinin baş ofisinə, “Yaşıllar Partiyası”na, “Greenpeace” və ətraf mühitin mühafizəsi üzrə digər beynəlxalq təşkilatlara, müvafiq dövlət qurumlarına ünvanlanan etiraz xarakterli bəyanatlarda dəhşətli fəlakət bütün təfərrüatı ilə təsvir edilib.

Səhmlərinin əsas hissəsinin Almaniyanın “Chronimet” şirkətinə məxsus olduğu Ermənistan Molibden kombinatının təmizləmə işləri aparılmadan, zəhərli tullantılarını birbaşa Oxuçuçaya buraxdığı, ekoloji standartlara riayət edilmədiyi və Azərbaycanın ətraf mühitinə misli görünməmiş zərbə vurulduğu nəzərə çatdırılıb.

Bəyanatlarda “Cronimet” şirkətindən və digər müvafiq dövlət qurumlarından, beynəlxalq təşkilatlardan bu ekoloji cinayətə biganə qalmamaq və fəlakətin qarşısını almaq məqsədi ilə dərhal lazımi tədbirlər görmək tələb edilib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin