"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
13:25 - 8 İyul 2021
“Mayın ortalarından etibarən koronavirusa yoluxma sayları və ölüm halları azalıb”.
Manset.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bu, çox yaxşı haldır: “Üçüncü dalğa keçmiş kimi görünür. Karantin rejimi yumşaldılıb, toylar başlayıb. Ümumi olaraq, insanlar da özünü yaxşı hiss edir. Amma diqqətli olmaq, insanlar çox olan yerdə, qapalı məkanlarda maska taxmaq lazımdır. Ağlımızda olsun ki, sentyabr-oktyabr bizim üçün təhlükəlidir, çünki ötən il də payızda yoluxma hallarında yenidən artım var idi. “Delta ştammı”nın necə olacağını tam olaraq bilmirik. Əgər dövlətlər lazımi tədbirlər görməsə, sentyabrdan etibarən yenidən artım ola biləcəyini düşünürəm”.Onun sözlərinə görə, Operativ Qərargah hələ də işləyir və vəziyyət daim monitorinq edilir: “Pandemiya bitməyib. Vəziyyət həm insanlardan, həm də hökumətin qabaqlayıcı tədbirlərindən asılıdır. Əgər hər kəs pandemiya bitmiş kimi davranarsa, bu zaman yoluxma sayında artım görə bilərik. Hamının məsuliyyətli olması lazımdır, çünki bu, bizim sağlamlığımızla bağlıdır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin