Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
11:17 - 8 İyul 2021
Xəbər verdiyimiz kimi Nərgiz Əliyeva MİDA-dan ev almaq vədi ilə insanları aldadıb dələduzluq edərək, zərərçəkmişlərin pulunu mənimsəyib. N.Əliyeva 2020-ci ilin noyabrın 18-də Nərimanov rayon məhkəməsinin hökmü ilə dələduzluğa görə 2 il 6 ay həbs cəzası alıb və məhkəmə zalında həbs edilib.
Məsələ ilə bağlı Manset.az-a açıqlama verən millət vəkili Jalə Əliyeva dələduzluq edən şəxsi tanımadığını bildirib:
“Zərərçəkmiş şəxslər bu barədə mənə məlumat vermişdilər. Məlumat alan kimi Milli Məclisin rəhbərliyinə və hüquq mühafizə orqanlarına mən özüm müraciət etdim. Araşdırılandan sonra məlum oldu ki, Milli Məclisdə belə bir xanım işləmir. Rəsmi müraciətimdən sonra tədqiqat işləri başladı. Sonra həmin xanım cinayət məsuliyyətinə cəlb olundu. Həmin xanımı tanımıram, heç bir qohumluq münasibətim yoxdur. Mən istəməzdim ki, gənc qadın məhbus həyatı yaşasın. Başqasının adından istifadə etmək, dələduzluqla məşğul olmaq cəzasız qalmamalı idi. Mən cəmiyyətdə nüfuzu və hörməti olan şəxslərin adlarının bu kimi çirkin əməllərdə istifadəsinə görə təəssüflənirəm”.
Famil Fərhadoğlu
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin