Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
23:29 - 11 İyun 2021
Bu gün BDU-nun sabiq rektoru, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” retoranında ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl edilməyərək, Nazirlər Kabineti Yanında Operativ Qərərgahın qayda və qanunları kobud şəkildə pozularaq toy məclisi təşkil olunub.
Manşet.az-ın əməkdaşı toyun keçirildiyi restorandan görüntülər qeydə alıb. Restoranda 11 iyun 2021-ci il tarixində bir gündə iki toy məclisi təşkil edilib. Qonaqların verdiyi məlumata görə, bəylərdən birinin adı Orxan, digərinin adı Həsən olub. Hər iki toy mərasimi restoranın həyətində keçirilib.
Qeyd edək ki, ötən gün İsmixan Mirzəyev və daha bir neçə şəxs Abel Məhərrəmova məxsus Mona-Liza restoranında bar, mebel və digər işlərin görülməsi müqabilində onların pullarının ödənməməsi iddiası ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə prosesi qalmaqalla yadda qalmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin