Mübariz Mənsimov yenidən işinin başına keçdi - FOTOLAR

14:14 - 5 İyul 2021

Mübariz Mənsimov yenidən işinin başına keçdi - FOTOLAR

Palmali Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov ev həbsi üzərindən götürüldükdən sonra işinin başına keçib.

Manset.az  xəbər verir ki, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk hesabında məlumat verib.

Palmali Şirkətinin əməkdaşları Mənsimovu şirkətin girişində alqışlayaraq qarşılayıb. Mübariz Mənsimov təntənəli qarşılanmanı görüb gülümsəyib və ilk sözü "Hayırdı? Hadi, iş başına" olub. Niyyət olunan qurban kəsilib. Palmali loqolu tortu da kəsdikdən sonra Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşların qarşısında cıxış edib:

"Hamınıza tək-tək təşəkkürlər. Sizlər bu şirkətin qalasısınız. 350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram daha yaxşı günlər bizi gözləyir. Sizin hamınızı sevirəm. Bu müddət ərzində çətinliklərə baxmayaraq yanımda qaldığınıza və şirkəti buraxmadığınıza görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və Palmalinin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa bir zamanda biz buna nail olacayıq. Yanımda olan, problemlərə sinə gərən gəmiçilərim başda olmaqla hər birinizə təşəkkürlər!".



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin