ABŞ-da yaşayış binasının dağılması zamanı ölənlərin sayı 24 nəfərə çatdı

20:18 - 3 İyul 2021

ABŞ-da yaşayış binasının dağılması zamanı ölənlərin sayı 24 nəfərə çatdı

ABŞ-ın Florida ştatının Mayami Deyd dairəsində yaşayış binasının dağılması zamanı ölənlərin sayı 24 nəfərə çatıb.

Manset.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava bildirib.

“Ötən gecə axtarış komandası daha (hadisə zamanı həlak olmuş-red) 2 qurbanın meyitini çıxardı. İyirmi dörd ölüm təsdiqlənib”, - o deyib.

Mer əlavə edib ki, hadisə zamanı binada olmuş 124 nəfər itkin düşmüş sayılır. Daniella-Livayn Kava əlavə edib ki, çoxları binadakı ev heyvanları barədə soruşurlar. Lakin mütəxəssislər hələ onları aşkarlamayıblar.

Xatırladaq ki, Mayami Deyd dairəsinin Sörfsayd şəhərciyində 12 mərtəbəli bina iyunun 24-ə keçən gecə qismən dağılıb. Hadisə yerinə 80 xilasetmə briqadası göndərilib. İndiyədək onlarla insanın dağıntılar altından çıxarıldığı bildirilir.

Qeyd edək ki, bina 1981-ci ildə dəniz sahilində tikilib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin