Bakıda işdən 70 min manat ələ keçirdi: Tiktokda hədiyyə göndərdi - ŞOK ƏMƏL
26 Noyabr 2024
11:37 - 2 İyul 2021
“İcra hakimiyyəti rəhbərlərinin mühakiməsi məhkəmə sistemi üçün də sınaqdır”.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında komitə səri Zahid Oruc deyib.Z. Oruc bildirib ki, müxtəlif qanunsuz əməllərə görə son iki ildə həbs edilən İcra Hakimiyyəti başçılarının məhkəmə prosesi başlayır: “Müstəqil dövlətçilik tariximizdə müqayisəsi olmayan sayda mərkəzi və yerli hakimiyyət nümayəndələrinin mühakiməsi böyük ictimai diqqət qazanmaqla məhkəmə sisteminin özü üçün də mühüm sınaqdır. Hakimlərin dövlət və xalq qarşısında düzgün və qanuni qərarları yeni Konstitusion islahatlar üçün əsas ola bilər. Ona görə də biz sıradan, adi cinayət hadisələrini deyil, 21-ci əsrdə bir millətin müstəqil yaşamaq, özünüidarəetmə orqanları formalaşdırmaq qabiliyyətini sübuta yetirən və gələcək kadr quruculuğuna birbaşa təsir göstərən xalq mühakiməsindən danışırıq”.
O qeyd edib ki, qanun qarşısında hamının bərabərliyini təmin etmək, yalnız sadə vətəndaşların, yaxud kiçik və orta rütbəli məmurların deyil, özünü toxunulmaz sayanların üzərində də qanunun aliliyini nümayiş etdirmək, ən başlıcası, dövlətin ədalətinə ictimai inamı qoruyub saxlamaq Prezidentin yeni siyasətinin ana xəttini təşkil edir: “Şübhə yoxdur ki, Vətən müharibəsində parlaq qələbə həm də kadr dəyişikliklərinin, siyasi islahatların birbaşa nəticəsidir və yeni hakimiyyət quruculuğu siyasəti olmasaydı, düşmənlə savaşda vahidliyə nail olmaq faktiki qeyri-mümkün idi”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin