"Light” neftinin qiyməti üç ildən sonra 75 dolları keçdi

08:28 - 2 İyul 2021

"Light” markalı xam neftin bir barrelinin qiyməti 75 dolları ötüb.

Manset.az xəbər verir ki, “Light”ın fyuçersləri 3 faizədək artaraq 2018-ci ildən bəri ilk dəfə 75 dollar/barreli keçib.

Qeyd edək ki, qiymət OPEC Konfransının iclası ərəfəsində artır. Bazarlarda diqqət OPEC-in neft hasilatı ilə bağlı qəbul edəcəyi qərara yönəlib.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 76 dollardan, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 75 dollardan baha satılır.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin