Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
12:24 - 11 İyun 2021
“NATO-dakı müttəfiqlərimiz dünyanın bir çox bölgəsində terror qruplaşmalarına qarşı qətiyyətlə mübarizə etsə də, təəssüf ki, PKK/YPG-PYD terror qruplaşmasına qarşı eyni qətiyyəti göstərməmişdir”.
Manşet.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənn milli müdafiə naziri Hulusi Akar beynəlxalq hərbi təşkilat statusu almış Dəniz Təhlükəsizliyi Mükəmməl Komandanlığının (MARSEC COE) açılış mərasimindəki çıxışında bildirib.
Onun sözlərinə görə, Türkiyə ayrı-seçkilik etmədən 4 milyon suriyalıya sığınacaq verib, 5 milyon suriyalıya isə Suriyanın şimalında yaşamaları üçün dəstək göstərib: “Türkiyə olaraq NATO-nun mövcudluğu və əhəmiyyətinin getdikcə artdığını düşünürük. Bu səbəbdən alyans daha da gücləndirilməli və NATO əsl müttəfiqlik ruhunda fəaliyyət göstərməlidir. NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə özünün və birliyin təhlükəsizliyinin yükünü, bütün dəyərlərini paylaşır. Komanda quruluşu da daxil olmaqla NATO missiyalarına, əməliyyatlarına və qərargahlarına təxminən 3 000 nəfərlik heyəti ilə qatılaraq sıralamadakı ilk beş ölkə arasındayıq. Bundan əlavə, ümumi daxili məhsulun təxminən yüzdə ikisi ilə hərbi büdcəyə ən çox töhfə verən ilk səkkiz ölkədən biri Türkiyədir. Xüsusilə Türkiyə bölgəsindəki risklər, təhdidlər və təhlükələr ilə məşğul olmasına baxmayaraq, alyansın təlimlərinə, güc strukturuna və heyətinə fasiləsiz qatılır, NATO-nu qorumaq üçün nə lazımdırsa edir. Avropanın terrorizmə, qaçaqmalçılığa və insan alverinə qarşı sərhədlərini qorumaq üçün nə lazımdırsa edir”.
H.Akar deyib ki, beynəlxalq təhlükəsizliyi və regional sabitliyi təhdid edən PKK/YPG-PYD və İŞİD terror qruplaşmalarının Suriyanın şimalındakı hücumlarına qarşı mübarizə üçün Türkiyə müttəfiqlərinə çoxsaylı müraciətləri cavabsız qalıb: “Bu müraciətələr yerinə yetirlmədi. Türkiyə terrora qarşı mübarizədə yalnız buraxıldı”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin