Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
11:42 - 1 İyul 2021
Ağstafa rayonunda 9 il əvvəlki tarixlə torpaq sahəsi satan bələdiyyə sədri ilə bağlı cinayət işi başlanılıb.
Prokurorluqdan Manset.az-a verilən məlumata görə, rayonun Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi satıb. Lakin onları 2006-cı il tarixinə sənədləşdirərək rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.
Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin