Kəlbəcərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanıldı

09:16 - 1 İyul 2021

Kəlbəcərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Manset.az  xəbər verir ki, iyunun 29-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 6 nəfər saxlanılıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq ediliblər.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin