Bələdiyyələrin qanunsuz verdiyi torpaqlar geri qaytarıldı- RƏSMİ

22:27 - 30 İyun 2021

Bələdiyyələrin qanunsuz verdiyi torpaqlar geri qaytarıldı- RƏSMİ

Bu ilin ilk yarısında bələdiyyələr tərəfindən qanunsuz verilmiş 2400 hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Manset.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclasında deyilib.

Qeyd edilib ki, birinci yarımildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 13 mindən artıq işə baxıldığı, 348 minə yaxın tədqiqat obyekti üzrə müvafiq rəylərin verildiyi bildirilib:

"Nazirlik tərəfindən bələdiyyə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair tədbirlərin görüldüyü, 2021-ci ildə 38 minədək bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirildiyi, 1.225 aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 2.400 hektardan çox torpaq sahəsinin geri qaytarıldığı qeyd olunub".


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin