"Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir" - Spiker

11:11 - 11 İyun 2021

“Bir neçə gündən sonra xalqımız Qurtuluş gününü qeyd edəcək. 1993-cü ilin iyunun 15-də Heydər Əliyevin dövlət rəhbərliyinə qayıtması ölkəmizi uçurumun bir addımlığından geri qaytardı”.

Manşet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasi fəaliyyəti xalqa hər cür xidmət etmək nümunəsidir:

“Müasir Azərbayacan Respublikası Heydər Əliyev dühasının məhsuludur. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əzəli və tarixi torpaqlarımız olan Qarabağın qaytarılması Cənubi Qafqazda yeni reallıq yaradıb. Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətdir”.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin