Gürcüstan Konstitusiyasına düzəlişlər təklif olundu

18:34 - 29 İyun 2021

Gürcüstan Konstitusiyasına düzəlişlər təklif olundu

Gürcüstanın dövlət Konstitusiyasına düzəlişlərlə bağlı qanun layihəsi hazırlanıb.

Manset.az xəbər verir ki, hakim və müxalifət partiyalarını təmsil edən 91 deputatın imzaladığı sənəd parlamentə təqdim olunub.

Düzəlişlərdə 2024-cü ildə keçiriləcək parlament seçkilərində seçki baryerinin 5 %-dən 2 %-dək azaldılması təklif edilib.

Sənəddə həmçinin 2024-cü ilədək və həmin ildə qanunverici orqanda fraksiya üzvlərinin sayının 4-dən az olmaması və növbəti iki çağırış parlamentində baş prokurorun bütün üzvlərin beşdə üç səs çoxluğu ilə seçilməsi nəzərdə tutulub.

Qanun layihəsinin gələn həftə parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir. Dövlətin əsas qanununa düzəlişlərin qəbul edilməsi üçün 113 deputatın dəstəyi tələb olunur.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin