İdxalı ƏDV-dən azad edilən malların sayı artırıldı
7 Aprel 2025
17:00 - 6 Aprel 2025
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk səhhətindən yaranmış problemdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Manset.az xəbər verir ki, Roma Papası Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-də keçirilən Xəstə və Səhiyyə İşçilərinin Yubiley tədbirində Müqəddəs Pyotr Meydanına toplaşan dünyanın 90 ölkəsindən 20 mindən çox dindarı salamlayıb.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilmiş, ona polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu. Roma Papası xəstəxanada 38 gün qaldıqdan sonra martın 23-də evə buraxılmışdı. Müqəddəs Taxt-Tac Papa Fransiskin səhhətinin yaxşılaşmaqda davam etdiyini bildirmişdi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin