Özgür Özəl yenidən CHP sədri seçildi

16:00 - 6 Aprel 2025

Özgür Özəl yenidən CHP sədri seçildi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 1 171 səslə yenidən partiyanın rəhbəri seçilib.

 

Manset.az xəbər verir ki, bu barədə Halk Tv məlumat yayıb.

“CHP-nin təşkil etdiyi 21-ci Fövqəladə qurultayında nümayəndələrin səsvermə prosesi başa çatdı. Qurultayda 1 171 nümayəndə səs verdi. CHP sədrliyi üçün yeganə namizəd olan Özgür Özəl, rəsmi olmayan nəticələrə görə, səslərin hamısını alaraq rekord səslə yenidən CHP-nin sədri seçildi”, – məlumatda bildirilib.


Xəbər xətti

7 Aprel 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin